Böyrəkləri təmizləyən qidalar - Video



 10:12 19.06.2024     423

Hər gün orqanizmdə 3-5 litr qan dövr edir. Onun filtrlənməsinə böyrəklər cavabdehdir. Qanın təmizlənməsi və zərərli maddələrin qandan atılması böyrəklərin işidir.

Hansı qidalar böyrəklər üçün faydalıdır? Siyahının “lider”ləri göyərtilər, meyvə və tərəvəzlərdir. Onların mineral və vitaminlərlə zəngin olmasını bildiyimizə görə, bu hal təəccüb doğurmur. Üstəlik, əksəriyyəti sidikqovucu xüsusiyyətə malikdir və sidik yollarını təmizləməyə qadirdir. Böyrək üçün ən faydalı göyərti cəfəri və kərəvizdir. Onlar böyrəkdə və sidik yollarında yaranmış daşı əridən efir yağı ilə zəngindir. Tərəvəzlərdən isə ən faydalıları yerkökü, bolqar bibəridir ki, bu xüsusiliyi onlar malik olduqları bol A vitamini sayəsində qazanıblar. Ayaqlardakı şişkinlikdən yaxa qurtarmaq və artıq mayenin orqanizmdən sürətlə xaric edilməsinə nail olmaq istəyənlər isə bacardıqca çox balqabaq və qarpız yeməlidir. Alma da “böyrək dostu” sayılır. Çünki alma böyrək hüceyrələrinin məhvinin qarşısını alan antioksidantlarla zəngindir. Böyrəyə dəstək olmaq üçün meyvələri təzə-təzə, yaxud püre halında yemək olar. İtburnu da böyrəyə faydalıdır. C vitamini ilə zəngin olan itburnu infeksiyalarla mübarizə aparmaqda böyrəyə və sidik yollarına kömək edir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az