Faydasını biləndən sonra hər gecə 1 stəkan içəcəksiz! - Video



 10:21 19.06.2024     447

 

 Gərgin iş rejimindən yorulanlar, qeyri-düzgün qidalanma nəticəsində ləng işləyən metabolizmalar, stressli günün sonunda şişkinlik hiss edilən mədələr, təlaşlı, istirahətsiz keçən günlərdəki kiçik yaralanmalar-bunların hamısının bir əlacı var: gülxətmi çiçəyi.

Yol kənarlarında, boş ərazilərdə, parklarda, bostanların kənarlarında rastımıza çıxan gülxətmi, sadəcə, bəzək bitkisi deyil. Şəfalı xüsusiyyəti ilə bir çox xəstəliyə dəvadır. Boyu uzun olur. Gövdəsi xəfif tüklüdür. Çiçəkləri müxtəlif rənglərdə olur: sarı, çəhrayı, bənövşəyi, zoğalı və sair. Hər çiçəyin 5 ləçəyi var. İstənilən məkanda özünə lazım olan torpağı-qumlu və humuslu torpağı tapmaqda mahirdir. Aralıq dənizi sahilləri bitkinin ana vətəni sayılır. İstini və rütubəti sevir. Tibbi məqsədlə istifadə edilən gülxətmi bitki çaylarına harmonik dad qatır. Adətən, avqust ayında çiçək açır. Havanın qəfil dəyişməsinə dözür.

 

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az