Qoca həkim: Gilas bədənimizə inanılmaz proseslərə səbəb olurmuş - Video



 10:29 19.06.2024     456

Gilasın özü, yarpağı, saplağı, hətta tumunun xalq təbabətində xəstəliklər zamanı istifadə olunduğunuz bilirdizmi?

Yüksək təzyiq, böyrək xəstəlikləri, artirit, podaqra, baş ağrısı və bunun kimi sayacağım onlarla xəstəliyi gilasla sağaltmaq mümkündür. Bəs necə? Gilasın saplağı, tumu, yarpaqları necə istifadə edilir? Videomuza sona kimi baxsanız, ətraflı məlumat alacaqsınız. Siz də elə indi, bu videonu yaxınlarınıza göndərin ki, onlar da bu faydalı bilgidən yararlansınlar. -Gilasın tərkibindəki maddələr qan yaradılması prosesində iştirak edir, qanın laxtalanmasını azaldır, kapillyarları gücləndirir, bununla da, tromboz riskini azaldır. -Gilasdakı liflər həzmə kömək edir: faydalı bakteriyaları gücləndirir, mikrofloranı normallaşdırır və qəbizliklə mübarizə aparır. Qeyd edim ki, gilas malik olduğu liflərə görə, ərikdən daha öndədir. -Pəhriz saxlayanlar üçün gilas idealdır. Liflər toxluq hissi yaradacaq ki, beləcə, daha az yeyəcəksiniz. -Gilasda ürək əzələsini gücləndirən və nəbzi normallaşdıran kalium da xeyli miqdardadır. -Meyvəyə gözəl rəngi və parlaqlığı verən flavonoidlərdir. Məhz bu flavonoidlər orqanizmi ultrabənövşəyi şüalardan qoruyur, xroniki xəstəliklərin inkişaf riskini azaldır. Həmçinin, hüceyrələri sərbəst radikallardan müdafiə edir, oksidativ stresslə mübarizə aparır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az