Cənubi Koreya "demoqrafik milli fövqəladə vəziyyət" elan edib
Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün “demoqrafik milli fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb.
Demedia.az Yonhap-a istinadən xəbər verir ki, prezident Yoon paytaxt Seulun cənubundakı Seongnam Ar-Ge Mərkəzində "aşağı doğum nisbəti və qocalmış əhali" mövzusunda keçirilən yığıncaqda çıxış edib.
"Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq”, -deyə o bildirib.
Prezident valideynlərin təhsil yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılmasını və məktəbdənkənar proqramların genişləndirilməsini vəd edən qeyd edib.
Bahadur Seyidov