Fransa qarışıb – Makron gedir?
Fransada ifrat sağçı Milli İnteqrasiya partiyasının Avropa Parlamentində qələbəsi nəticəsində yaranan “zəlzələ” davam edir.
Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, ifrat sağçı baş nazir namizədi Bardelanın “Mən prezidentin köməkçisi olmayacağam” sözləri prezident Makronun istefaya məcbur ediləcəyi iddialarını gündəmə gətirib.
30 iyun-7 iyul tarixlərində keçiriləcək növbədənkənar ümumi seçkilərdən sonra potensial baş nazir, ifrat sağçı lider Cordan Bardella seçiciləri ona aydın səs çoxluğu verməyə çağırıb və bu olmadan hökuməti ələ keçirməkdən “imtina edəcəyini” deyib.
Sorğulara görə, iyunun 30-da ifrat sağçı Milli Mitinq Partiyası 33 faiz, Yeni Xalq Cəbhəsi Sol Alyansı 28 faiz, Makronun hakim mərkəzçiləri isə cəmi 18 faiz səs toplayacaq.
Bütün diqqətlər artıq 2027-ci il prezident seçkilərindədir və bu seçkilərdə Makronun yenidən namizədliyini irəli sürməyəcəyi və ifrat sağçı lider Marin Le Penin hakimiyyət üçün ən yaxşı şansa sahib olacağı deyilir.
Bahadur Seyidov