İlon Mask Yerə təhlükə yaradır



 10:42 20.06.2024     285

Texnologiya lideri İlon Maskın Starlink peykləri yeni araşdırmaya görə Yerin qoruyucu ozon təbəqəsini təhdid edir.

Demedia.az xəbər verir ki, araşdırmalara görə,  “SpaceX” indiyədək 6 mindən çox peyk buraxıb və qarşıdakı dövrdə daha 12 min peyk buraxacağı gözlənilir.

İstismar müddətini başa vurmuş peyklər yanaraq atmosferə daxil olduqda, ozon təbəqəsi zədələnir və tükənmə həddinə çatır.

Bahadur Seyidov