Qəzzada 40 uşaq aclıqdan ölüb



 11:41 20.06.2024     316

HƏMAS İsrailin hücumları nəticəsində Qəzza zolağında aclıq səbəbilə ən azı 40 uşağın həyatını itirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki,  HƏMAS Siyasi Bürosunun üzvü İzzat El-Rişk verdiyi yazılı açıqlamada Qəzzada 3500 uşağın düzgün qidalanmaması, qida əlavələri və peyvəndlərin olmaması səbəbindən ölüm riski ilə üzləşdiyini bildirib.

İsrailin hücumları səbəbiylə Qəzzaya humanitar yardımın çatmaması nəticəsində indiyədək ən azı 40 uşağın aclıqdan öldüyünü qeyd edən Rişk Qəzzada humanitar şəraitin gündən-günə pisləşdiyini bildirib.

Bahadur Seyidov