Los-Anceles şəhərində tələbələrə mobil telefondan istifadə qadağan edilir



 12:41 20.06.2024     313

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində tələbələrə dərs saatlarında dövlət məktəblərində mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.

Demedia.az xəbər verir ki, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti tələbələrin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı qəbul edib. Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə aiddir. Açıqlamada deyilir ki, qərar diqqətin yayınmasının qarşısını almaq məqsədi daşıyır.

Bahadur Seyidov