Avropa Birliyi Komissiyası 7 üzv ölkəyə xəbərdarlıq edib



 13:01 20.06.2024     337

Avropa Birliyi Komissiyası Fransa və İtaliya da daxil olmaqla 7 üzv ölkəyə büdcə kəsirlərinin yüksək olması səbəbindən intizam prosesinin başlanacağı barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası üzv ölkələrin iqtisadi vəziyyətləri ilə bağlı tövsiyələri özündə əks etdirən “Avropa Yaz Semestri Paketi” adlı araşdırmasını dərc edib.

Araşdırmada qeyd edilib ki, Komissiya Belçika, Çexiya, Estoniya, İspaniya, Fransa, İtaliya, Macarıstan, Malta, Polşa, Sloveniya, Slovakiya və Finlandiya üçün Avropa İttifaqının büdcə kəsirinə uyğunluğunu qiymətləndirmək üçün xüsusi olaraq hesabat hazırlayıb. Araşdırmada xatırladılıb ki, Avropa İttifaqı qaydalarına görə, normal şəraitdə üzv ölkələrin büdcə kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 3 faizini, dövlət borcları isə ÜDM-in 60 faizini keçməməlidir.

Bahadur Seyidov