Hamiləlikdə şəkər yükləmə testi nədir - Video
İlk hamilə qaldıqda, ilk trimestrində, hamiləliyin 3 aylığında mütləq şəkildə hamilələrdə aclıq şəkərini yoxlayırıq.
Bu nəyi göstərir? Hamiləlikdən əvvəl olan bir diabet hadisəsi varmı, diabet halı varmı? Əgər kontrolsuz bir şəkər varsa, buna biz pregestasionar diabet deyirik, yəni hamiləlikdən öncə olan bir diabet. O zaman bunun hamiləlikdə ciddi bir fəsadları ola bilər, uşaqda müəyyən qüsurlara yol aça bilər və bunun da artıq aşkarlananda çox gec ola bilər. Uşaqda ürək qüsurları ola bilər, beyin qüsurları ola bilər. Amma əgər bir diabet halı varsa, hamiləliyin təyin anından düzgün kontrolla hamiləlik sağlam şəkildə irəliləyə bilər.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az