Hamilə qadınlarda zob varsa, uşağa nə kimi zərəri ola bilər? - Video



 09:59 20.06.2024     410

Hamilə qadınlarda qalxanvari vəzinin funksiyasının artması və ya əksin azalması ana və uşaqda mənfi təsirlər(əqli zəif,beyin funksiyalarinin aşağı olması ilə uşaqların doğulması) yarada bildiyi kimi,düşük riskini də artırır.

Ailəsində "zob" xəstəliyi, şəkər xəstəliyi olanlarda, hamiləlik zamanı qalxanvari vəzi xəstəliyinin yaranması riski yüksək olur. Hamiləlik öncəsi şəkərli diabet tip 1 olan və ya qanında anti TPO antigeni yüksək olan qadınlarda hamiləlik zamanı "zobun"yaranacağı riski yüksəkdir. Belə qadınlar da hamiləlik müddəti boyunca endokrinoloq nezarətində olmalıdırlar.  Anadangəlmə ürək xəstəliyi dünyaya gələn hər min uşaqdan 5-8-ində rast gəlinir. Xəstəlik bəzən valideynlərin fərqinə vara biləcəyi əlamət göstərmir. Pediatr müayinə etdiyi zaman ürək xəstəliyinin olduğundan şübhələnərsə uşaq kardioloquna yönləndirir. Mütəxəssislər uşaqlarda rast gəlinən ürək xəstəliklərinin əlamətlərini sadalayır: - Göyərmə - Böyümə və inkişaf geriliyi - Döş qəfəsində ağrılar - Özündəngetmə - Gərginlik zamanı və ya sakit vəziyyətdə təngnəfəslik - Çox tərləmə, tez yorulma

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az