Dünyaca məşhur reper həbs olundu



 19:29 20.06.2024     660

Dünyanın ən məşhur reperlərindən biri olan Travis Scott, Mayamidə "sərxoş halda mülkə icazəsiz girdiyi" üçün həbs edilib.

Demedia.az xəbər verir ki, şou-biznesin ən zəngin gənc xanımlarından biri olan Kayli Cennerlə münasibətindən Stormi və Wolf adlı iki övladı olan Travis Skottla bağlı təəccüblü xəbərlər ortaya çıxıb.

Cennerlə münasibətini bitirən reper Trevis Skott bir tədbirdə çıxışı zamanı qızına, daha sonra isə Cennerə müraciət edərək onları sevdiyini bildirib. Skott çıxışında "Mən səni sevirəm, Stormi və səni sevirəm, arvadım" dedi.

Əsl adı Jacques Bermon Webster olan Scott, məhkəmə qeydlərinə görə, cümə axşamı səhər saat 4:35 radələrində Turner Guilford Knight İslah Müəssisəsində saxlanılıb.

Aysun / Demedia.az