Mərakeşdə 91 qanunsuz miqrantın xilas edildiyi bildirilib



 09:43 21.06.2024     292

Mərakeşin cənubundakı Dahla şəhəri sahillərində 91 qanunsuz miqrantın xilas edildiyi bildirilib.

Demedia.az xəbər verir ki, Mərakeş Kral Silahlı Qüvvələrinin yazılı açıqlamasında Qərbi Sahara bölgəsindəki Dahla sahillərində bir qayığın xilas edildiyi bildirilib. Açıqlamada qayıqda 91 qanunsuz miqrantın olduğu və bu şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra qanuni prosedurlar üçün təhlükəsizlik qüvvələrinə təhvil verildiyi bildirilib.

Bahadur Seyidov