Qəzza zolağına hücumlar 70 faizdən çox obyektin və infrastrukturun məhvinə səbəb olub



 10:25 21.06.2024     300

Qəzza zolağının cənubundakı Rəfah şəhərinin meri Əhməd əl-Sufi Qəzza zolağına hücumlarının 70 faizdən çox obyektin və infrastrukturun məhvinə səbəb olduğunu deyib.

Demedia.az xbər verir ki, Sufi İsrailin Qəzzaya etdiyi hücumlarda şəhərin vurduğu ziyanla bağlı məlumat verib. Sufi bildirib ki, İsrail ordusu Rəfaha son hücumlarında şəhərin qərbindəki Səudiyyə məhəlləsindəki bütün yaşayış məntəqələrini dağıtmağa başlayıb və oradakı onlarla yaşayış məntəqəsini partladıb. Sufi şəhərdə içməli su qıtlığının bölgə sakinlərini çirkli su içməyə məcbur etdiyini, bunun da onların həyatlarını təhlükə altına atdığını bildirib.

Bahadur Seyidov