İspaniya AVRO-2024-də İtaliyanı məğlub edərək qrupdan vəsiqə qazanmağa zəmanət verdi



 11:00 21.06.2024     195

AVRO-2024-ün B qrupunun ikinci oyununda Luis de la Fuentenin komandası İspaniya Luçano Spalettinin rəhbərliyi altında İtaliyaya 1:0 hesabı ilə qalib gəlib.

Demedia.az xəbər verir ki, matça sürətli başlayan İspaniyaya qələbə gətirən qolu 55-ci dəqiqədə italiyalı futbolçu Rikkardo Kalafiori vurub. Qarşılaşmada başqa qol olmadığı üçün İspaniya görüşdən 3 xalla ayrılıb.
Bu nəticə ilə İspaniya ikinci matçların sonunda xalını 6-ya çatdırdı və AVRO-2024-də növbəti mərhələyə vəsiqəni təmin etdi. İspaniyadan başqa qrupdan çıxmasına zəmanət verilən digər komanda isə ev sahibi Almaniya olub. Xalı 3-də qalan İtaliyanın taleyi qrupun son oyununda əldə edəcəyi nəticəyə görə formalaşacaq.