Ukrayna məşhur 2 rus iş adamını axtarışa verib



 16:00 21.06.2024     309

Rusiyalı iş adamları Arkadi və İqor Rotenberq Ukraynada axtarışa verilib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Kiyevdə iddia edirlər ki, Arkadi Rotenberq ibtidai istintaq orqanlarından gizlənir.

İqor Rotenberqlə bağlı sənədlərdə göstərilir ki, o, 110-2-ci maddənin 4-cü hissəsi ilə “Konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ya devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək, Ukrayna ərazisinin və ya dövlət sərhədinin sərhədlərini dəyişdirmək məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirmə” ilə ittiham olunur.

Həmçinin  209-cu maddənin 3-cü hissəsi "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (yuyulması)" və 212-ci maddəsinin 3-cü hissəsi "Vergiləri, rüsumları (məcburi ödənişləri) ödəməkdən yayınma" ilə təqsirəndirilir.

Bahadur Seyidov