İranda saxta içki istehsal edən 4 nəfər edam ediləcək



 12:18 21.06.2024     299

İranda saxta spirtli içki istehsal edən və paylayan 11 müttəhimdən 4-ü barəsində ölüm hökmü çıxarılıb.

Demedia.az xəbər verir ki, saxta spirtli içki istehsalı ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan 11 nəfərdən 4-ü ölüm cəzasına, digər 7 müttəhimə isə həbs cəzası verilib.

Ötən il İranın Şərqi Azərbaycan, Əlborz, Hörmüzqan, Tehran, Mazenderan və Qəzvin əyalətlərində saxta spirtli içkilər üzündən xeyli insan həyatını itirib.

Bahadur Seyidov