Hindistana alov yağır – Son 48 saatda 52 nəfər öldü



 14:47 21.06.2024     370

Hindistan həddindən artıq istilərlə mübarizə aparır.

Demedia.az xəbər verir ki,  ölkənin şimalında təsirini artıran həddindən artıq istilər nəticəsində insan tələfatı olub. Hindistan mətbuatı rekord qıran istilər nəticəsində paytaxt Yeni Dehlidə 52 nəfərin öldüyünü yazıb. Son iki gündə həyatını itirən 52 nəfərin həddindən artıq istilərə baxmayaraq açıq havada işləmək məcburiyyətində qalan işçilər olduğu bildirilib.

Hindistanda martın 1-dən iyunun 18-dək həddindən artıq istilər səbəbindən 40 min günvurma hadisəsi və ən azı 110 ölüm hadisəsi olduğu açıqlanıb.

Bahadur Seyidov