Mbappe məşqə  bu formada çıxdı



 12:48 21.06.2024     308

AVRO-2024 D qrupunda Avstriya ilə matçda ciddi zədə alan Kilian Mbappe qoruyucu maska ​​taxaraq Fransa məşqinə çıxıb.

Demedia.az xəbər verir ki, Fransa millisi Almaniyanın Leypsiq şəhərindəki Leypsiq stadionunda Hollandiya ilə oyun öncəsi məşq edib.

Avstriya matçında rəqibi ilə toqquşaraq burnundan zədə alan və oyunu davam etdirə bilməyən ulduz futbolçu Kilian Mbappenin vəziyyəti maraq doğurub.

Kilian Mbappe Avstriya matçında aldığı zədə səbəbindən məşqə qoruyucu maska ​​taxaraq qatılıb.

Bahadur Seyidov