NATO Baş katibliyinə  yeganə namizəd - Rutte



 14:25 21.06.2024     322

Rumıniya prezidenti Klaus İohannisin NATO baş katibi vəzifəsinə namizədliyini geri götürməsi ilə Hollandiyanın baş naziri Mark Rutte bu vəzifəyə yeganə namizəd olaraq qalıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 1-də NATO-nun baş katibi Yens Stoltenberqin vəzifəsini Ruttenin alacağı demək olar ki, dəqiqdir.

Rutte Hollandiyada koalisiya hökumətinin dağılmasından sonra 7 iyul 2023-cü ildə istefa verib və yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcəyini, sonra isə aktiv siyasətdən ayrılacağını bəyan etmişdi.

Qeyd edək ki, NATO-nun hazırkı  baş katibi Yens Stoltenberqdir.

Bahadur Seyidov