Polis Tehranda iki gənci güllələdi



 18:00 21.06.2024     307

Tehran şəhərinin Qolhək məhəlləsində polis iki motosikletçi gənci güllələyib.

Demedia.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıblar.

Gənclərdən birinin yerindəcə öldüyü, birinin isə yaralı vəziyyətdə xəstəxanaya köçürüldüyü bildirilib.

Məlumatda deyilib ki, gənclərin idarə etdiyi motosikletin nömrəsi oxunmadığına görə polislər xəbərdarlıq ediblər. Xəbərdarlığa məhəl qoymayan gənclərə atəş açılıb.

Bahadur Seyidov