Açıq ürək əməliyyatı ilə bağlı  yenilik



 11:27 24.06.2024     281

Yeni bir araşdırmaya görə, açıq ürək (bypass) əməliyyatından sonra tətbiq olunan yumşaq şok dalğaları xəstələrin ürək toxumasını bərpa edə biləcəyini müəyyən edib.

Demedia.az xəbər verir ki, Avstriyada 63 nəfər üzərində aparılan araşdırma, yeni müalicə alan xəstələrin daha çox yeriyə bildiyini və ürəklərinin daha çox qan pompaladığını müəyyən edib.

Tədqiqatçılar tərəfindən “kosmik fen” adlandırılan cihazın daha geniş sınaqlarının aparılması və nəticələrin daha geniş xəstə qrupunda təkrarlanması planlaşdırılır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 18 milyon insan ürək xəstəlikləri və ya digər ürək-damar ağırlaşmaları səbəbindən ölür.

Bahadur Seyidov