Şimali Makedoniyada koalisiya hökuməti parlamentdən etimad səsi alıb



 12:45 24.06.2024     292

Şimali Makedoniyada qurulan koalisiya hökuməti parlamentdən etimad səsi alıb.

Demedia.az xəbər verir ki, seçkilərdə ilk partiya olan Daxili Makedoniya İnqilab Təşkilatı-Makedoniya Milli Demokratik Birliyinin (VMRO-DPMNE) sədri Hristijan Mickoskinin başçılıq etdiyi nazirlər kabinetinə etimad səsverməsi keçirilib. Parlamentdə müzakirələrin sonunda yeni nazilər kabinetinə etimad səsverməsinə 77 deputat “hə”, 22 deputat isə “yox” səs verib. 18 deputatdan ibarət Demokratik İnteqrasiya İttifaqının rəhbərlik etdiyi “Avropa Cəbhəsi” yeni hökuməti etnik azlıqların legitimliyinə malik olmamaqda ittiham edərək səsvermədən əvvəl parlamentin plenar iclasını tərk edib.

Bahadur Seyidov