Süni qida ilə qidalandırılan uşaqları hansı təhlükə gözləyir? - Video
Bəzən ananın südü ola-ola süni qarışıq təklif edirlər ki, bu da yolverilməzdir.
Amma südü olan analar bu cür süni yeməklərdən imtina edir. Bəzən isə analar özləri uşaqlarına ana südü verməkdən imtina edir. Təbabətdə ilkin süd deyilən bir anlayış da var. Bunun tərkibi uşağı xəstəliklərdən qorumaq və müqavimətini artırmaq üçün xüsusi inqiridentlərlə zəngindir. Uşağı ana südü ilə qidalandırmaq yalnız qidalandırmaq baxımından yox, həm də mənəvi-psixoloji baxımdan çox vacibdir. Ana ilə təzə doğulan körpənin arasındakı o mənəvi-psixoloji bağların yaranmasında, həm də ananın müxtəlif onkoloji xəstəliklərdən qorunması üçün ana südü ilə qidalandırma çox mühümdür. Həmçinin ana südü uşağı o yaşda tuta biləcəyi bütün xəstəliklərdən qoruyur, müqavimətini artırır.
Demedia.az Pediatr Səidə Əhmədova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az