Cinsiyyət orqanında əyrilik - Video
Anadangəlmə penis əyrilikləri əsasən kişinin cinsi aktivlik dövrü başladığı zaman, penisin ölçülərinin böyüməyə başladığı zaman görünür.
Əyriliyin dərəcəsinə görə penisin forması cinsi əlaqəni çətinləşdirir, hətta cinsi əlaqəni mümkünsüz edir. Bundan əlavə penisi əyri olan kişilərdə yaranmış bu əyrilik səbəbindən onlarda çox güclü bir psixoloji problem yaranır, çünki penisin (cinsiyyət orqanının) kişi üçün nə qədər qiymətli olduğu məlumdur. Bu yaşdakı oğlanlar özləri-özlərində penisin əyri olduğunu görürlər. Lakin bir çox penis əyrilikləri olan xəstələr utandıqları üçün doktora getmədiklərini də bilirik. Anadangəlmə penis əyriliklərinin müalicəsi mümkündür. Əslində bu penisin estetik əməliyyatı kimi də qiymətləndirilə bilər. Nəticələr tam müvəffəqiyyətlidir.
Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az