Karib dənizinin quldurları filminin ulduzuna köpəkbalığı hücum etdi
“Karib dənizinin quldurları” filmində rol almış dünya şöhrətli peşəkar sörfçü Tamayo Perri Oahu ştatının Malaekahana çimərliyində köpək balıqlarının hücumuna məruz qalıb.
Demedia.az xəbər verir ki, həkim qrupları tərəfindən tapılan 49 yaşlı Perri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
49 yaşlı Perri Malaekahana çimərliyində yerli sörfçülər tərəfindən qolu və ayaqlarından biri kəsilmiş halda tapılıb. Perri reaktiv ski ilə sahilə gətirildikdən sonra tibb işçiləri tərəfindən ölü elan edilib.
Həkim qrupları Perrinin birdən çox köpəkbalığının hücumuna məruz qaldığını bildirib. Okean Təhlükəsizliyi rəsmiləri hücumdan sonra ərazidə köpəkbalığı xəbərdarlığı edib.
"Tamayo Perry hamı tərəfindən sevilən xilasedici və dünya şöhrətli peşəkar sörfçü idi" deyə Honolulu Okean Təhlükəsizliyi Müvəqqəti Başçısı Kurt Lager başsağlığı verdi.
Perrinin ölümü bu ay Oahuda ikinci ölümcül köpəkbalığı hücumu idi.
Aysun / Demedia.az