27 ildən sonra gələn möcüzə...



 20:28 24.06.2024     809

Muğlanın Milas rayonunda yaşayan və azospermiya (kişi cinsiyyət orqanında sperma çatışmazlığı) ilə doğulan Melih Apaydının (47) 1997-ci ildə ilk evliliyi övladı olmadığı üçün bitib.

Demedia.az xəbər verir ki, bir müddət sonra yenidən ailə quran Apaydın Kayseridə müraciət etdiyi xəstəxanada 1 illik müalicəsindən sonra 27 il sonra ata olub.

Apaydın bu sözləri deyib: "Mən xayalarım yuxarı doğulmuşam. Əməliyyatla çıxarıldılar. Əməliyyatı edən həkim ailəmə uşaq sahibi ola bilməyəcəyimi söylədi. İzmir, İstanbul və Muğlada bəzi həkimlərlə görüşdük. Dedilər sonsuz olacaqsan, heç vaxt övladın olmayacaq, ona görə də boş yerə pul xərcləmə. Sonra möcüzə nəticəsində övladım oldu. 27 ildir arzuladığım xəyal gerçəkləşdi".

Aysun / Demedia.az