Qoz boyda dolu yağdı - VİDEO



 21:03 24.06.2024     909

Ötən gün Kosovonun Prizren şəhərinin bir çox bölgəsinə yağan şiddətli yağışın ardından qoz böyüklüyündə dolu yağıb.

Demedia.az xəbər verir ki, Kosovo həddindən artıq istidən sonra yağışlara təslim olub.

Ötən gün ölkənin bir çox bölgəsinə yağan leysan yağışların ardınca bosniyalıların sıx yaşadığı Qornye, Donye, ​​Lyubinye, Drajçiçi və Muşnikovo kəndlərinə qoz böyüklüyündə dolu yağıb. Maddi ziyana səbəb olan dolu nəticəsində bir çox nəqliyyat vasitələri və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Aysun / Demedia.az