Fələstin əsilli 3 yaşlı uşağı boğmağa çalışan amerikalı qadın tutulub



 22:15 24.06.2024     276

Texasda Elizabeth Volf icma hovuzunda hicablı anadan haradan olduğunu soruşduqdan sonra irqçi ifadələr işlədib.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra o,  fələstinli ananın 3 və 6 yaşlı uşaqlarına hücum edib.

42 yaşlı təcavüzkar adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.

Amerika-İslam Münasibətləri Şurası hadisənin nifrət cinayəti kimi qiymətləndirilməsini istəyib.

Bahadur Seyidov