Ukraynalı sərhədçi Rusiyaya kəşfiyyat məlumatları ötürüb



 12:52 25.06.2024     291

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) kəşfiyyat məlumatlarını Rusiyaya ötürməkdə şübhəli bilinərək Belarusla sərhəddə sərhəd dəstəsinin rəisi olan ukraynalı sərhəd zabitini saxlayıb.

Demedia.az xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb.

Müstəntiqlərin fikrincə, şübhəli şəxs Rusiya FSB əməkdaşlarının göstərişi ilə möhkəmləndirilmiş ərazilərin yerlərini və Ukraynanın Belarusla sərhədini müdafiə edən Ukrayna qoşunlarının təxmini sayını müəyyən edib.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölgədəki silah və sursatlarının olduğu anbarların koordinatlarını ötürməyə çalışıb.

Bildirilir ki, ukraynalı sərhədçini uzaqdan FSB zabiti LPR-də işləyən Aleksey Dobritski işə götürüb. Şübhəli hazırda həbsdədir və ömürlük həbs cəzası gözləyir.

Bahadur Seyidov