"Boko Haram” tərəfindən girov götürülən 99 nəfər xilas edilib
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/06/photo_28418.jpg)
Nigeriyanın şimal-şərqində terror təşkilatı “Boko Haram” tərəfindən girov götürülən 99 nəfər xilas edilib.
Demedia.az xəbər verir ki, Çad Gölü bölgəsi üzrə üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama X hesabındakı paylaşımında Borno əyalətindəki Sambisa meşəsində gizlənən “Boko Haram” terrorçularına qarşı əməliyyatlar apardığını bildirib. Məlumata görə, əməliyyatlar zamanı “Boko Haram” tərəfindən girov götürülən 41-i qadın olmaqla 99 nəfər xilas edilib. 2014-cü ildə Boko Haram tərəfindən həyata keçirilən məktəb basqını zamanı girov götürülən qız şagirdlərdən birinin və iki uşağın xilas edilənlər arasında olduğunu bildirilib.
Bahadur Seyidov