Fələstin Prezidenti İsrailin əməllərinə etiraz etdi



 14:40 25.06.2024     330

Fələstin Prezidenti Mahmud Abbas bildirib ki, İsrail hökuməti Ramallahda Fələstin idarəçiliyinə son qoymaqla işğalı yenidən həyata keçirməyə və Fələstin xalqının hüquqlarını əlindən almağa çalışır.

Demedia.az xəbər verir ki, Abbas Fələstin Azadlıq Təşkilatının İordan çayının qərb sahilinin işğalı altında olan Ramallah şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında çıxış edib.İsrailin həm Qəzza zolağında, həm də işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumların Fələstin üçün təhlükə yaratdığına diqqət çəkən Abbas, İsrailin Fələstin hökuməti adına toplanan vergiləri müsadirə edərək Fələstinin milli hakimiyyətinin statusunu sarsıtmağı hədəflədiyini bildirib.

Bahadur Seyidov