Netanyahu təşkəs razılaşmasından yayınır - HƏMAS



 16:15 25.06.2024     317

HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada soyqırımı davam etdirmək üçün atəşkəs razılaşmasından yayınır.

Demedia.az xəbər verir ki, Rişk Netanyahunun İsrailin Qəzzada "qismən razılaşmaya hazır olduğu" barədə açıqlamasına cavab verib:

“Netanyahunun qismən razılıqdan danışması və hücumları davam etdirməsi onun əsirlərin ailələrinə yalan danışdığını və onların uşaqlarının həyatına əhəmiyyət vermədiyini göstərir. Netanyahunun əsl məqsədi razılaşma əldə etmək deyil. Atəşkəsdən qaçmaq üçün vaxt qazanmaq və soyqırımı davam etdirmək”.

Bahadur Seyidov