İsrail İordan çayının qərb sahilini ilhaq etmək istəyir - Borell
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell xəbərdarlıq edib ki, İsrail tədricən İordan çayının qərb sahilini ilhaq etmək niyyətindədir.
Demedia.az xəbər verir ki, Borrell Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuata açıqlama verib.
Nazirlərin Qəzzadakı vəziyyəti müzakirə etdiklərini bildirən Borrell, "Vəziyyət bütün üzv ölkələr üçün ciddi narahatlıq doğurur. Təbii ki, humanitar yardımların Qəzzaya daxil olması üçün təzyiqlərimizi davam etdirməliyik, lakin atəşkəs olmadan bu baş verməyəcək. Biz xüsusilə ABŞ və Fransanın münaqişənin qarşısını almaq üçün fəal vasitəçilik səylərini dəstəkləyirik” deyə bildirib.
Bahadur Seyidov