Netanyahunun silah şikayətindən sonra ABŞ Təl-Əvivə silah göndərib - KİV



 11:23 25.06.2024     247

İsrailin Baş naziri Binyamin Netanyahunun silah şikayətindən sonra ABŞ-ın silah və sursat daşıdığı güman edilən yük təyyarəsinin paytaxt Təl-Əvivdəki Ben Qurion hava limanına eniş etdiyi açıqlanıb.

Demedia.az xəbər verir ki, İsrail ordusu radiosunun xəbərinə görə, Baş nazir Netanyahunun ABŞ-dan silah daşınmasında gecikmə olması tələbindən sonra ABŞ-ın C17 tipli yük təyyarəsi İsrailə eniş edib.  Xəbərdə əlavə təfərrüatlara yer verilməyib. ABŞ və İsrail rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Binyamin Netanyahu ABŞ-dan İsrailə silah daşınmalarında "dramatik azalma" yaşandığını bildirərək, müəyyən hissələr istisna olmaqla, silahların əksəriyyətinin gəlmədiyini iddia edib.

Bahadur Seyidov