Milli komanda AVRO-2024-də necə irəliləyəcək? Mümkün rəqiblərimiz müəyyənləşib



 15:30 26.06.2024     321

Millimiz AVRO-2024-də bu gün Çexiya ilə qarşılaşacaq. Türkiyənin son 16 tura vəsiqə qazanması üçün 1 xal kifayətdir.

Demedia.az xəbər verir ki,  A Milli Komandasının öz qrupunu harada bitirməsindən asılı olaraq, onun növbəti mərhələdəki rəqibi dəyişə bilər. A, B, C və D qruplarında matçlar tamamlanarkən, Almaniya, İsveçrə, İspaniya, İtaliya, İngiltərə, Danimarka, Avstriya və Fransa 1/8 finala vəsiqəni alıb. AVRO-2024-də indiyədək əldə olunan nəticələrə əsasən, İsveçrə-İtaliya və Almaniya-Danimarka matçlarına yekun vurulub. Türkiyə bu gün Çexiyadan xal alsa, qrupunu 2-ci yerdə başa vuracaq. Yığma Çexiyaya, Gürcüstan isə Portuqaliyaya uduzsa, millimiz turnirdən kənarlaşdırılacaq. Türkiyənin Çexiyaya uduzduğu və Portuqaliyanın Gürcüstandan xal alacağı ssenaridə Milli Komanda F qrupunda ikinci yeri tutsa, lider Avstriya ilə cütləşəcək D qrupu Türkiyə üçüncü yeri tutsa, son 16 turda İspaniya və ya İngiltərə ilə oynayacaq.