AVRO 2024-də görünməmiş hadisə! Məşqçinin aldığı kart reytinqi müəyyənləşdirdi



 16:30 26.06.2024     219

Almaniyanın ev sahibliyi etdiyi turnirdə C qrupunun oyunu Danimarka-Serbiya və İngiltərə-Sloveniya matçları ilə yekunlaşıb.

Demedia.az xəbər verir ki, Avropa çempionatının C qrupunda Danimarka və Sloveniyanın reytinqləri nizam-intizam xallarına görə müəyyənləşib. Sloveniyanın texniki komandasında baş məşqçi Novakoviçin gördüyü kart qrupdakı sıranı dəyişib. Hər iki komanda son oyun gününə bərabər xalla çıxıb. Eyni xala malik bu iki komandanın qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb. Onların top fərqi və vurduqları qolların sayı da eyni idi. Buna görə də, ən aşağı intizam balı həlledici olmalı idi. Üçüncü oyun günündən sonra sloveniyalı və danimarkalı futbolçular 6 sarı vərəqə ilə cəzalandırılıb. Lakin ilk oyun günündə Sloveniyanın məşqçilər komandasından Milivoje Novakoviçə verilən vərəqə C qrupunda yekun sıralamasını müəyyən edib. UEFA üçün oyunçulara və texniki komandaya göstərilən kartlar eyni dəyərə malikdir. Əgər bu kriteriya nəticə verməsəydi, son 16-da iştirak edəcək komanda Avropa seçmələrinin ümumi reytinqinə əsasən müəyyənləşəcəkdi. yenidən Danimarkaya ikinci yeri verir. Əslində bu kriteriya 72-ci dəqiqədə Bijol Sloveniyanın yeddinci sarı vərəqəsini alana qədər keçərli idi.