Kralın bacısı  atdan düşdü, yaddaş problem yaşadı



 09:55 27.06.2024     287

İngiltərə kralı III Çarlzın bacısı Şahzadə Anna evdə keçirdiyi qəzadan sonra beyin silkələnməsi və yüngül xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib.

Demedia.az Britaniya KİV-nə istinadən xəbər verir ki, 73 yaşlı Şahzadənin yaddaş pozuntusu ilə bağlı problemləri olduğu açıqlanıb.

Şahzadə Annanın vəziyyətinin yaxşı olduğu və xəstəxanada müşahidə üçün saxlanıldığı bildirilib. Şahzadənin qəzasının təfərrüatları gizli saxlanılsa da, onun atdan yıxıldığı və ya atla qəzaya düşdüyü iddia edilir.

Bahadur Seyidov