Eynşteynin məktubu üzə çıxdı – Xəbərdarlıq edibmiş



 10:18 27.06.2024     282

Məşhur nəzəri fizik və alim Albert Eynşteynin ABŞ-nin keçmiş prezidenti Franklin Ruzveltə xəbərdarlıq etdiyi məktub sentyabrda hərraca çıxarılacaq.

Demedia.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, dəyərinin təxminən 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie's” adlı hərrac şirkəti sentyabr ayında hərraca çıxaracaq.

Məktubda Eynşteyn dövrün Almaniya hökumətinin nüvə tədqiqatlarına dəstək verdiyini və bu araşdırmalar nəticəsində "çox güclü bombalar" istehsal edə biləcəyini xəbərdar edir və ABŞ-nin da oxşar fəaliyyətlərə əl atmasını tövsiyə edir.

Məktubda  fizik böyük uran kütlələrinin nüvə zəncirvari reaksiya yarada biləcəyini bildirir və bu reaksiyadan bomba hazırlamaq üçün istifadə oluna biləcəyini vurğulayır.

Bahadur Seyidov