NATO-nun yeni baş katibi – Rutteni bu təhlükə gözləyir



 12:00 27.06.2024     304

Xəbər verdiyimiz kimi, Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi seçilib.

Demedia.az xəbər verir ki, rəqibi Rumıniya prezidenti İoannisin seçkidən çəkilməsindən sonra baş nazir postundan istefa verəcək Rutte yeganə namizəd olaraq qalıb.

Rutte qarşıdakı dörd il ərzində NATO-nun ən yüksək inzibatçısı olacaq.

Rəsmi təsdiqləmə prosesi başa çatdıqdan sonra Ruttenin 2024-cü il oktyabrın 1-də NATO-nun baş katibi vəzifəsinə başlayacağı gözlənilir.

Rutte iyulda keçiriləcək NATO Liderlər Sammitində de-fakto baş katib olacaq.

Rutte Rusiya-Ukrayna müharibəsi və Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə transatlantik alyansa gələcək qeyri-müəyyən münasibət riski ilə üz-üzədir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ruttenin Vaşinqton sammitindən əvvəl Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Bahadur Seyidov