Boliviyada çevrilişə cəhd edən əsgərlər hərbi hissələrinə qayıdıblar



 11:20 27.06.2024     317

Boliviyada çevrilişə cəhd edən əsgərlər orduya yeni təyin olunmuş komandan Xose Vilson Sançesin əmri ilə öz hərbi hissələrinə qayıdıblar.

Demedia.az xəbər verir ki, Prezident Luis Arce tərəfindən təyin edilən yeni ordu komandiri Sançes mətbuat konfransında açıqlamalar verib. Hərbi qiyamı pisləyən Sançez, "Küçə və meydanlardakı bütün əsgər və şəxsi heyətə öz hissələrinə qayıtmalarını əmr edirəm" deyə bildirib.

Qeyd edək ki, KİV-lər hərbi üsyana vəzifəsindən uzaqlaşdırılan keçmiş ordu komandiri Xose Zuniqanın rəhbərlik etdiyini iddia edib.

Bahadur Seyidov