Boliviyada keçmiş komandir Xose Zuniqa baş prokurorluğun tələbi ilə saxlanılıb



 12:40 27.06.2024     343

Boliviyada Luis Arce hökumətinə qarşı dövlət çevrilişinə cəhd edən keçmiş komandir Xose Zuniqa baş prokurorluğun tələbi ilə saxlanılıb.

Demedia.az xəbər verir ki, Boliviya mətbuatında dərc olunan xəbərlərdə çevriliş cəhdinə rəhbərlik etməkdə günahlandırılan Zuniqanın Baş Qərargahdan çıxdıqdan sonra saxlanıldığı, daha sonra polis maşını ilə prokurorluğa aparıldığı açıqlanıb. Digər tərəfdən, baş prokurorluq çevriliş cəhdi və baş verən hadisələrlə bağlı hərtərəfli araşdırmalara başlanıldığını açıqlayıb.

Qeyd edək ki, Boliviyada çevrilişə cəhd edən əsgərlər orduya yeni təyin olunmuş komandan Xose Vilson Sançesin əmri ilə öz hərbi hissələrinə qayıdıblar.

Bahadur Seyidov