Boliviya Prezidenti dövlət çevrilişinə cəhddən sonra açıqlamalar verib



 14:00 27.06.2024     302

Boliviya Prezidenti Luis Arce dövlət çevrilişinə cəhddən sonra açıqlamalar verib.

Demedia.az xəbər verir ki, o paytaxt La Pazdakı hökumət sarayının eyvanından çıxışında bildirib ki, qazanılan demokratiyanı heç kim əllərindən ala bilməz. Arce ictimaiyyətə demokratiyaya göstərdikləri həssaslıq üçün təşəkkür edərək deyib:

"Onların bütün etdikləri ölkənin beynəlxalq imicinə xələl gətirməkdir. Beynəlxalq ictimaiyyət və Boliviya xalqı dövlət çevrilişinə cəhdin şahidi oldu. Biz komandamız və nazirlərimizlə demokratiyamızı təhdid edən bütün çevriliş cəhdlərinə qarşı mübarizə aparmaq üçün buradayıq. Heç kim qazandığımız demokratiyanı əlimizdən ala bilməz”.

Bahadur Seyidov