Livandan İsraillə bağlı çağırış
Livanın baş naziri Nəcib Mikati bildirib ki, hökumət Livanın silahlı münaqişə bölgəsinə çevrilməsinin qarşısını almağa çalışır.
Demedia.az xəbər verir ki, Livanın Baş naziri Necib Mikati paytaxt Beyrutdakı hökumət binasında Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə birgə mətbuat konfransı keçirib.Mikati İsrailin ambisiyalarına son qoymaq üçün müvafiq beynəlxalq qətnamələrin həyata keçirilməsinə çağırıb.
Qəzzadakı israilli məhbusların sərbəst buraxılması və Təl-Əvivin Fələstin xalqına yardımın çatdırılması ilə bağlı qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasına çağıran kardinal Parolin isə bildirib ki, istisnasız olaraq bütün tərəflər beynəlxalq humanitar hüquqa hörmət etməlidir.
Bahadur Seyidov