1 qramı 20 dərdə əlacdır - Onu yaxşı tanıyın! - Video



 16:01 27.06.2024     380

Pul bibər A, C, K, E, B6 və P vitaminləri ilə zəngindir. Mütəxəssislər pul bibərin immuniteti gücləndirdiyini, həzm prosesini asanlaşdırdığını, orqanizmi viruslardan qoruduğunu deyirlər.

Pul bibərin faydaları bununla bitmir. Beləliklə, pul bibər: 1. Qəbizliyi önləyir. 2. Maddələr mübadiləsini sürətləndirir. 3. Xüsusilə, ramazan ayında oruc tutarkən pul bibərin istifadəsi mütləqdir. Çünki immuniteti artırır. 4. Qış aylarında istifadəsi məsləhətdir. Orqanizmin temperaturunu artırır, xarici bakteriyalara və viruslara qarşı qoruyur. 5. Bağırsaq qurdlarını və parazitləri təmizləyir. 6. Prostat və ağciyər də daxil olmaqla, bir çox orqanları xərçəngdən qoruyur. 7. Acı olduğu üçün orqanizmdə yağ yanmasına səbəb olur. Bu da arıqlamaq istəyənlər üçün təbii üsullardandır. 8. Qaz və köp problemləri zamanı müsbət təsir edir. 9. İltihab əleyhinə vasitə kimi orqanizmin köməyinə çatır. 10. Xolesterol səviyyəsini nizamlayır. 11. Ürək xəstəliklərinin qarşısını alır. 12. Qanın həddən artıq laxtalanmasını önləyir. 13. Damarları genişlədir. Beləcə, qan dövranının sürəti artır. 14. Kapsaisin bibərə acılıq verən kimyəvi maddədir. Məhz kapsaisin bədəndəki ağrı siqnallarının dərəcəsini azaldır. Beləcə, pul bibər ağrıkəsici kimi də effektiv olur. 15. Pul bibərin xarakterik qırmızı rəngi beta-karoten və ya A vitamini baxımından zəngin olduğuna işarə edir. Bildiyimiz kimi, A vitamini gözlərin dostudur. Yəni, pul bibər gözlərə də xeyirlidir. 16. Pul bibərdəki B6 vitamini isə qanazlığı zamanı faydalıdır. 17. Pul bibər hüceyrələri qocalmadan qoruyur.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az