Aptekin yolunu unudacaqsız - Bu çayı gecə dəmləyib için - Video



 16:14 27.06.2024     445

Süfrələrin bəzəyi olan bu möcüzəvi bitki zəfərandır. Zəfəran antioksidant mənbəyidir, iltihabla mübarizədə effektivdir, yuxu ilə bağlı narahatlıqlar varsa, xilas yoludur.

Eyni zamanda, həzm sisteminin işini nizamlamaq və immuniteti möhkəmləndirmək qabiliyyətinə malikdir. Yaddaşı gücləndirməsi, təbii antidepressant olması da onun şöhrətinə şan qatır. Xüsusilə, alzeymer xəstəliyinə qarşı qorumağı, öyrənmə bacarığını yüksəltməsi son dönəmdə zəfəranı araşdırmaçıların maraq dairəsində saxlayır. Zəfəran 10-30 sm hündürlüyündə çoxillik bitkidir. Onun açıq-bənövşəyi çiçəklərində qırmızı, ipəbənzər 3 ədəd ləçəkvari nəsnə olur. Bu nəslələr əsl zəfərandır. Biz onu qurudulmuş formada marketlərdə əldə edə bilərik. Lakin marketlərdə satılan hər zəfəran təbii deyil. Mütləq tanıdığınız, keyfiyyətinə etibar etdiyiniz firmaların zəfəranını alın. Əlimdə gördüyünüz bu zəfəran İlğım firmasına məxsus təbii zəfərandır.

Gəlin indi də keçək zəfəranın faydalarına. -antioksidantlarla zəngindir, bu sayədə orqanizmi təmizləyir; -iltihab əleyhinə çıxış edir; -antidepressantdır; -həzm sisteminin işini nizamlayır; -immuniteti gücləndirir; -yaddaşı möhkəmləndirir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az