İsrail Livana hava zərbəsi endirib, Hizbullah buna cavab verib



 12:30 28.06.2024     323

İsrail ordusu Livanın cənubundakı Hadasa qəsəbəsinə hava zərbəsi endirərkən, Hizbullah Şebaa Fermalarında hərbi mövqeni hədəfə alıb.

Demedia.az xəbər verir ki,  İsrail döyüş təyyarələri Bint Jubeil rayonunun Hadasa qəsəbəsinə hava hücumu həyata keçirib. Livanın NNA xəbər agentliyi, hava hücumundan sonra sözügedən qəsəbənin də artilleriya atəşinə tutulduğunu və ilk yardım qruplarının bölgəyə gəldiyini bildirib. Hücum nəticəsində ölənlərin olub-olmadığı barədə məlumat verilməyib.
Digər tərəfdən Hizbullah verdiyi açıqlamada işğal altındakı Şebaa fermalarında yerləşən Ruveysa əl-Qarn hərbi məntəqəsinin birbaşa raketlərlə hədəf alındığını bildirib.