AVRO 2024-də Halil Umut Meler üçün yeni tapşırıq!
2024-cü il futbol üzrə Avropa çempionatında Türkiyəni təmsil edən yeganə hakim Halil Umut Meler də son 16 turda iştirak edib.
Demedia.az xəbər verir ki, AVRO-2024-ün son turunda keçiriləcək İngiltərə - Slovakiya matçında Halil Umut Meler fit çalacaq. İngiltərə - Slovakiya oyunu 30 iyun bazar günü saat 19.00-da oynanılacaq.
Almaniyanın Gelzenkirxen şəhərindəki “Arena AufŞalke” stadionunda keçiriləcək qarşılaşmada Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kərəm Ersoy, dördüncü hakim funksiyasını isə Sloveniya Futbol Federasiyasından olan Rade Obrenoviç yerinə yetirəcək. Qarşılaşmada Almaniya Futbol Federasiyasından Marko Fritz, Kristian Dingert AVAR, Polşa Futbol Federasiyasından Tomaş Kviatkovski VAR nəzarətçisi, Sloveniya Futbol Federasiyasından isə Jure Praprotnik ehtiyat köməkçi hakim funksiyasını yerinə yetirəcək.