"Fənərbaxça" Kinqsli Komanı transfer edib



 12:00 29.06.2024     441

Dünyaca məşhur məşqçi Joze Mourinyonu komandanın başına təyin edən Super Liqa nəhəngi "Fənərbaxça" transfer işlərinə ara vermədən davam edir.

Demedia.az xəbər verir ki,  Levent Mercanı seçən sarı-göylü komanda "Bavariya"da çıxış edən fransız ulduz Kinqsli Komanı gündəmə gətirib. “Sky Sport” xəbər verir ki, “Fənərbaxça” Coman üçün Bayern Münhen rəsmiləri ilə əlaqə saxlayıb. Alman nəhəngi bu yay komandadan ayrılacaq futbolçuya açıqdır. "Bavariya" 2015-2016 mövsümündə "Yuventus"dan 7 milyon avroya icarəyə götürdüyü Kinqsli Komanın transfer haqqını iki mövsüm sonra 21 milyon avroya alıb. Fransız ulduz 294 dəfə geyindiyi Bayern Münhen forması ilə 63 qol vurub və 66 məhsuldar ötürmə edib.