Göbələkdən 15 saniyəyə xilas olun - Hər kəsin evində var - Video



 15:46 02.07.2024     441

Onixomikoz dırnağın göbələk xəstəliyinə tutulmasıdır. İnfeksiya yoluxmuş insanla birbaşa təmas vasitəsilə yayılır.

Yaxud onun toxunduğu səthlərdən-məişət əşyalarından, gigiyenik əşyalarından, paltar və ya ayaqqabısından istifadə edəndə yoluxma halı baş verir. Əksər hallarda xəstəliyin yayılma arealı ailə mühitini ehtiva edir. Yoluxmanın qarşısını almaq üçün hamam və tualet kimi ortaq istifadə edilən məkanlarda sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl etmək lazımdır. Xəstəliyin digər-daha geniş yayılma arealı isə ümumi istifadəli üzgüçülük hovuzları, idman zallarının duş kabinələri, hamam-tualetləridir. Hətta yaxşı yuyulmayan restoran qabları və ya ümumi yeməkxanaların aylarla dəyişdirilməyən masa örtüləri, təmizlənməyən stul söykənəcəkləri də dırnaqlarda və barmaqlardakı göbələklərin yayılmasına təkan verə bilər. Bununla belə, qeyd eləmək vacibdir ki, göbələk hər adamda xəstəlik səviyyəsinə qədər irəliləmir. Bunun da ən ümdə səbəbi güclü immunitetdir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az